Mobil versiya
PKK-nın daha bir təhlükəli üzvü məhv edildi
Tarix: 07-06-2021 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

PKK-nın daha bir təhlükəli üzvü məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına sarsıdıcı zərbə vurub.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.

Bildirilib ki, “Doktor Hüseyn” ləqəbli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd olunub ki, PKK-ya 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. O, İraqın şimalında yerləşən Mahmur terror düşərgəsində zərərsizləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025