Mobil versiya
ABŞ Şimali Koreyanın nüvə statusunu qəbul etməkdən imtina edib
Tarix: 24-05-2021 | Saat: 09:02
Bölmə:Dünya | çapa göndər

ABŞ Şimali Koreyanın nüvə statusunu qəbul etməkdən imtina edib

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə statusunu qəbul etməkdən imtina edir.

Bunu "ABC" telekanalına müsahibəsi zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

E.Blinken bildirib ki, ABŞ-ın əvvəlki prezidentlərinin administrasiyaları bu problemi həll etməyə çalışsalar da, cəhdləri uğursuz olub. Onun sözlərinə görə, nəticədə KXDR-nin nüvə proqramı inkişaf edib və daha təhlükəli hala gəlib.

Dövlət katibi vurğulayıb ki, hazırda ABŞ fəal şəkildə Şimali Koreyanın siyasətini və bu ölkə ilə əlaqələrin əvvəlki administrasiyalar tərəfindən necə qurulduğunu öyrənir. ABŞ KXDR ilə dialoqa hazırdır və Pxenyandan cavab gözləyir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025