Mobil versiya
Azərbaycanda dayı bacısı qızının ərini öldürdü
Tarix: 14-07-2015, 17:50 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Azərbaycanda dayı bacısı qızının ərini öldürdü
Kişi atası evinə gələn qızı əri ilə barışdırmaq istəyərkən qətl törədib.
Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Aran kənd sakini 1971-ci il təvəllüdlü Musa Əli oğlu Əliyev həmkəndlisini çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.

Ağcabədi rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, öldürülən şəxs 1979-cu il təvəllüdlü İlham Cahid oğlu Həsənov olub. O, həm də hadisəni törədən Musa Əliyevin bacısı qızının əri olub.

Həmin gün əri ilə aralarında münaqişə yaşanan xanım atası evinə gəlib. Musa Əliyev isə bacısı qızının əriylə arasındakı problemi həll etmək və onu ər evinə qaytarmaq üçün İlhamın yanına yollanıb.

Həmkəndlilər arasında söhbət sonradan münaqişəyə çevrilib. Musa Əliyev bıçağa əl ataraq bacısı qızının ərinə çoxsaylı zərbəsi vurub. Zərbələrdən biri mərhumun boğaz nahiyəsinə dəyib və yerindəcə keçinib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
Azərbaycanda dayı bacısı qızının ərini öldürdü

Musa Əliyev hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.



5729 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031