Mobil versiya
Emin Hüseynov : Ağdamda növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artması proqnozlaşdırılır
Tarix: 20-11-2026 | Saat: 14:13
Bölmə:Gündəm | çapa göndər

Emin Hüseynov

Ağdam rayonunda növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artması proqnozlaşdırılır.

aia.az Report-a istinadən xəbər verir ki, bunu 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəhbəri Emin Hüseynov deyib.

"Bugün çox tarixi bir gündür. Ağdam şəhərində ilk dəfə işğaldan azad olunduqdan sonra şəhər günü keçirilir. Bugün artıq çox qürurla deyə bilərik ki, şəhərdə artıq 3 mindən çox əhali yaşayır. Bu say getdikcə, növbəti aylarda sürətlə artacaq. Ümumilikdə rayonda bugünə 8300 nəfər insan yaşayır. Təsəvvür eləmək çətindir ki, bir il bundan qabaq bu rəqəm 500-ü keçmirdi. Artıq üç kəndimiz bərpa olunub, insanlar orada firavan yaşayır. Ondan sonra iki kənd bərpa olma prosesində də bitmək üzrədir. Gələn ilin ilk aylarında bu kəndlərdə yekunlaşdıracaq, orada köç başlayacaq. Ağdam şəhərinin özündə növbəti ilin birinci yarısında əhalimizin bir on min nəfər artması proqnozlaşdırılır. Bütün bu günlər biz, belə deyək də, çox səbirsizliklə gözləyirdik ki, bu Şəhər Gününü biz qeyd eləyək. Ona biz çoxdan hazırlaşırdıq. Bu, həqiqətən bizim hamımız üçün çox əlamətdar bir tarixdir. Möhtərəm Cənab-Prezidentin tapışırığıyla Ağdam Şəhər Günü xüsusi təntənə ilə qeyd olundu və olunur, burada müxtəlif dövlət qurumları da iştirak eləyirlər. Həm Kənd Təsərrüfat Nazirliyi, həm Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, Atışılıq Federasiyası və Mədəniyyət Nazirliyi. Bizim silsilə tədbirlərimizdə göründüyü kimi, təkcə sakinlər deyil, şəhərimizin çoxlu qonaqları var.

Bu, möhtəbər tədbirdə, gözəl tədbirdə bizi tək bıraxmıyırlar. Bu, bir daha onun göstəricisidir ki, xalqımız 30 il həsrə

ətində qaldığı, işğaldan azad olunmuş doğma Ağdamın bu gözəl gününü. Səbrsizliklə gözləyib. Bu günü bizə yaşattığı üçün Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında başa əyirik.

Onlar bizim ölməz kəhrəmanlarımızdı. Qazilərimizə can sağlığı arzulayır, Cənab Prezident, Müzəffər Ali Baş komandanın rehberliği altında qəhrəman və rəşadəyli Ordumuza teşekkür edirik. Bu günü bizə yaşattıqları üçün bütün Ağdamlıları, bütün Azerbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm."

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026