Mobil versiya
Rusiya ABŞ-ın daha bir diplomatını qovdu
Tarix: 12-05-2021 | Saat: 18:30
Bölmə:Dünya | çapa göndər

Rusiya ABŞ-ın daha bir diplomatını qovdu

ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebekka Ross arzuolunmaz şəxs elan edilib.

Axar.az xəbər verir ki, o, Rusiyanın ölkədən çıxarmaq istədiyi 10 ABŞ diplomatının siyahısına daxil edilib.

Buna səbəb isə Rusiyanın ABŞ-a adekvat cavab vermək istəyidir. Bildirilib ki, ABŞ uzun müddətdir Rusiyanın Vaşinqtondakı səfirliyinin yeni mətbuat katibinə ölkəyə gəlməyə izn vermir və bunun səbəbini də göstərmir.

“Amerikalılar özlərini qəribə aparırlar. Söhbət buna qədər Rusiyanın iki ölkədəki səfirliyində çalışan peşəkar diplomatdan gedir. ABŞ onun viza müraciətini geri qaytarıb və imtinanın səbəbini də açıqlamayıb. Rusiya yalnız cavab tədbiri görüb”, - Rusiya XİN-in açıqlamasında bildirilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025