AZ RU Mobil versiya
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Tarix: 07-05-2021 | Saat: 08:58
Bölmə:Dünya | çapa göndər

ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir

ABŞ hərbi komandanlığı ordu qüvvələrinin planlaşdırıldığı kimi sentyabr ayına qədər Əfqanıstandan çıxara biləcəyinə əmindir.

AİA.Az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri komitəsinin sədri general Mark Milli bildirib.

General deyib: "Birləşmiş Ştatların prezidenti bizə işləri sentyabr ayından gec olmayaraq başa çatdırmaq üçün müddət verib. Əsas mərhələlərimizin (qoşunların çıxarılması) dəqiq tarixlərini açıq şəkildə bildirmək istəmirəm, çünki son nəticəyə təsir edəcək bir çox amil var".

M.Milli Taliban hərəkatı barədə danışarkən vurğulayıb: "Çıxarılma prosesinin başlanğıcından ABŞ və ya koalisiya qüvvələrinə bir dəfə belə olsun hücum olmayıb".




Məlumatlanmaq üçün Facebook səhifəmizi

658 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-06-2021
14-06-2021