Mobil versiya
Baydenlə Mossad rəhbəri arasında görüş baş tutub
Tarix: 02-05-2021 | Saat: 12:30
Bölmə:Dünya | çapa göndər

Baydenlə Mossad rəhbəri arasında görüş baş tutub

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda olan İsrail xarici kəşfiyyat xidmətinin (Mossad) rəhbəri Yosi Kohen ilə görüşüb.

AİA.Az TASS-a istinadən verdiyi məlumata görə, daha əvvəl Kohenin ABŞ Dövlət katibi Entoni Blinken ilə görüş keçirdiyi bildirilir. Xüsusi xidmətin rəhbəri İranın nüvə fəaliyyətindən "dərin narahatçılıq" keçirdiyini ifadə edib.

Dövlət departamentinin mətbuat sorumlusu Ned Prays jurnalistlər üçün keçirdiyi brifinq zamanı Blinken və Kohen arasındakı məsləhətləşmələr faktını nə təsdiqləyib, nə də təkzib edib. Onun sözlərinə görə, ABŞ və İsrail sıx təmasdadırlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024