Mobil versiya
Ötən il qeydə alınan hərbi cinayətlər 36,1 faiz azalıb - Xanlar Vəliyev
Tarix: 30-04-2021 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən il qeydə alınan hərbi cinayətlər 36,1 faiz azalıb -

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 36,1% azalıb.

Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb: "Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%, qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb. Cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcəkdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025