Ana Sayfa > Karusel / Gündəm > Ötən il qeydə alınan hərbi cinayətlər 36,1 faiz azalıb -
Ötən il qeydə alınan hərbi cinayətlər 36,1 faiz azalıb -30-04-2021, 17:38. Yazar: sevinc1 |
![]() 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 36,1% azalıb. Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb: "Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%, qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb. Cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcəkdir". aia.az Geri dön |