Şuşa – milli yaddaşımızın və dövlətçilik tariximizin zirvəsidir
Tarix: 02-11-2026 | Saat: 14:51
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin ən mühüm hadisələrindən biri Şuşanın işğaldan azad olunması oldu. Bu qələbə xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı müqəddəs arzunun reallaşması ilə yanaşı, milli iradənin, dövlətçilik qətiyyətinin və Azərbaycan Ordusunun hərbi gücünün təcəssümü kimi tarixə yazıldı. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici əhəmiyyət daşıdı və Azərbaycanın müəyyənləşdirdiyi strateji məqsədlərə çatmaqda qətiyyətini ortaya qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin başlanğıcından etibarən Şuşanın azadlığını əsas strateji hədəflərdən biri kimi müəyyən etməsi bu şəhərin ümumi qələbədəki əvəzsiz rolunu təsdiqləyirdi.
Dövlət başçısının qeyd etdiyi kimi, Şuşa Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi dəyərə malikdir. Bu şəhərin azad olunması Qarabağ uğrunda mübarizənin mənəvi baxımdan başa çatması üçün mühüm şərt idi. Şuşanın düşmən işğalından qurtarılması Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığını, peşəkarlığını, döyüş qabiliyyətini və Vətən qarşısındakı borcunu yerinə yetirmək iradəsini beynəlxalq ictimaiyyətə bir daha göstərdi. 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı ardıcıl uğurlar Şuşa uğrunda həlledici əməliyyatın reallaşdırılması üçün əlverişli zəmin formalaşdırdı. Şəhərin dağlıq ərazidə yerləşməsi, keçilməz qayalıqları, çətin relyefi və düşmənin əvvəlcədən hazırladığı möhkəmləndirilmiş müdafiə xətləri əməliyyatın icrasını olduqca mürəkkəb edirdi. Lakin Azərbaycan hərbçiləri böyük iradə, cəsarət və hərbi məharət nümayiş etdirərək ağır hərbi texnikanın keçə bilmədiyi ərazilərdən irəliləməklə düşmənin müdafiə sistemini dağıtmağa müvəffəq oldular. Şuşa əməliyyatı bir daha sübut etdi ki, düzgün hərbi strategiya, çevik taktiki qərarlar, əsgər və zabitlərin fədakarlığı, eləcə də yüksək döyüş ruhu qələbənin əsas amillərindəndir. Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciəti Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsinə çevrildi.
Şuşa qələbəsinin siyasi əhəmiyyəti yalnız hərbi uğurla yekunlaşmırdı. Bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və uğurla davam etdirilməsinin məntiqi nəticəsi idi. İqtisadi gücün artırılması, Silahlı Qüvvələrin yenidən qurulması və müasirləşdirilməsi, milli müdafiə sənayesinin inkişafı, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi Zəfərə aparan siyasətin başlıca istiqamətləri olmuşdur.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etmək və ərazi bütövlüyünü bərpa etmək imkanına sahib güclü dövlətə çevrildi. Bu baxımdan Şuşanın azad edilməsi Ulu Öndərin müəyyənləşdirdiyi dövlət quruculuğu strategiyasının uğurlu nəticəsini, xalqın öz rəhbərinə olan etimadını və milli həmrəyliyin böyük gücünü özündə birləşdirən tarixi hadisədir. Şuşa Zəfərinə dövlət səviyyəsində verilən yüksək qiymət həmin qələbənin tarixi əhəmiyyətinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla 8 Noyabrın Zəfər Günü kimi müəyyənləşdirilməsi, eyni zamanda Şuşa Şəhəri Gününün təsis edilməsi bu tarixi qələbənin mənəvi və siyasi dəyərini daha da artırdı. 2021-ci il yanvarın 14-də dövlət başçısının Şuşada Azərbaycan bayrağını ucaltması şəhərin azadlığının əbədi və sarsılmaz olduğunu göstərən mühüm rəmzi hadisə kimi yaddaşlara həkk olundu. Hazırda Şuşada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, tarixi-mədəni irsin mühafizəsi, abidələrin bərpası və şəhərin mədəni həyatının yenidən canlandırılması onun əvvəlki şöhrətinin və tarixi mövqeyinin bərpasına xidmət edən mühüm fəaliyyət istiqamətləridir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2026