Mobil versiya
SOCAR-ın 2026-cı ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri
Tarix: 02-11-2026 | Saat: 13:03
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR-ın 2026-cı ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən1 çox qazma işləri həyata keçirilib. Hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3% artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton2 neft, 1,7 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən7 çox, istehlakı isə 2,3 milyard kubmetrə8 yaxın olub.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan9 çox neft, 632 milyon kubmetrə10 yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8% artım qeydə alınıb.
Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
2026

1. 21.176 metr
2. 1.717.082 ton
3. 1.696.518.000 kubmetr
4. 12.473.123.000 kubmetr
5. 6.590.477 ton
6. 3.916.748 ton
7. 5.738.088.093 kubmetr
8. 2.274.953.000 kubmetr
9. 1.626.513 ton
10. 631.732.641 kubmetr
11. 657.421 ton



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026