Mobil versiya
Türkiyə ordusu iki şəhid verdi
Tarix: 30-04-2021 | Saat: 17:17
Bölmə:Dünya | çapa göndər

Türkiyə ordusu iki şəhid verdi


Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub:

“İraqın şimalında həyata keçirilən “Pəncə İldırım” əməliyyatı çərçivəsində 28 aprel 2021-ci il tarixində idarə olunan tank əleyhinə raketlə edilən hücum zamanı yaralanaraq xəstəxanaya çatdırılan qəhrəman silah yoldaşımız həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib və 30 aprel 2021-ci il tarixində şəhid olub.

Eyni zamanda “Pəncə İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən tədarük fəaliyyəti zamanı 30 aprel 2021-ci il tarixində helikopterdən eniş zamanı yıxılaraq yaralanan və dərhal xəstəxanaya çatdırılan daha bir qəhrəman silah yoldaşımızın həyatını xilas etmək mümkün olmayıb”.

Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid olan hərbçilərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025