AZ RU Mobil versiya
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
Tarix: 19-04-2021 | Saat: 10:09
Bölmə:Dünya | çapa göndər

Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb


ABŞ prezidenti Cozef Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb.

Trend-in məlumatına görə, C.Baydenin bununla bağlı çıxışı "NBC" telekanalının vaksinasiyaya həsrs edilmiş verilişində yayımlanıb.

C.Bayden qeyd edib ki, ABŞ hakimiyyəti ölkədəki bütün yaşlılar üçün bu gündən etibarən peyvəndlənmə imkanını təmin etmək niyyətindədir: "Peyvəndləmə pulsuz və rahatdır. Bu, özünüzü, ətrafdakıları COVID-19-dan, o cümlədən onun yeni ştammlarından qorumaq, iqtisadiyyatı bərpa etmək və normal həyata qayıtmaq üçün əlinizdən gələni etməyə imkan verəcək".

ABŞ prezidenti artıq peyvənd olunmuş vətəndaşlara təşəkkür edib: "Əgər siz hazırda peyvənd olunmağı planlaşdırırsınızsa, xahiş edirəm bu prosedurdan sona qədər keçin. Biz əhəmiyyətli irəliləyiş əldə etmişik, lakin virusla mübarizə davam edir və daha on milyonlarla amerikalı peyvənd olunmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021