Mobil versiya
İtaliya sərhədlərini turistlərə açacağı tarixi və şərtləri açıqladı
Tarix: 13-04-2021 | Saat: 09:17
Bölmə:Dünya | çapa göndər

İtaliya sərhədlərini turistlərə açacağı tarixi və şərtləri açıqladı


İtaliya bu yay sərhədlərini turistlərə üç şərtdən birinə əsasən açacaq.

Rusiya Tur Operatorları Birliyi (ATOR) xəbər verir ki, bu barədə İtaliyanın Turizm naziri Massimo Qaravalia deyib.

Onun sözlərinə görə, populyar Avropa ölkəsində turizm fəaliyyəti İtaliyada Respublika Günü qeyd olunduğu 2 iyun tarixində bərpa oluna bilər.

Qaravalia dövlətin xarici turistləri qəbul etməyə hazırlaşmağa vaxt tapacağını və koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlərə əməl edəcəyini vurğulayıb.

Səyahətçilər ya tam bir peyvənd kursu keçməli və bununla bağlı bir sertifikat almalı, ya da mənfi nəticəli koronavirus testi təqdim etməlidirlər.

Bununla yanaşı, üçüncü variant İtaliyada populyar turistik yerlərin sakinlərinin məcburi kütləvi peyvəndlənməsini əhatə edir.

İtaliyanın 2 iyundan turist qəbuluna hazır olması barədə məlumatın ölkənin Baş naziri Mario Draqi tərəfindən təsdiq edildiyi qeyd olunur. O, əcnəbilərin yoxluğunun “sənət şəhərləri” üçün zərərli təsiri olduğundan yaz mövsümünə hazırlaşmağın və təslim olmamağın vacibliyini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025