Mobil versiya
Ankara-İrəvan gizli danışıqları: Nələr müzakirə edilir?
Tarix: 29-03-2021 | Saat: 14:31
Bölmə:Dünya | çapa göndər

Ankara-İrəvan gizli danışıqları: Nələr müzakirə edilir?


Ermənistan qondarma "soyqırım" ideyasından əl çəkməyə hazırdır. Bu halda artıq dünyanın müxtəlif ölkələrində indiyədək təşkil olunan "erməni soyqırımı" ilə bağlı tədbirlərə rəsmi səviyyədə sponsorluq edilməyəcək.

AİA.Az xəbər verir ki, bu barədə Ermənistan “Politik.am” nəşri hökumətdəki etibarlı mənbələrə istinadən yazıb.

Saytın məlumatına görə, hazırda İrəvanla Ankara arasında gizli danışıqlar davam edir:

“Ankara İrəvandan qondarma “erməni soyqırımı” ideyasından imtina etməyi tələb edib. Türklər bununla bağlı Ermənistan tərəfinə bütün arxiv məlumatlarını təqdim etməyə hazırdırlar. Ankara əminliklə bildirir ki, təqdim olunan bu faklara əsasən əksər insanların şüurunda illərdir kök salan o illərin saxta məlumatları fiaskoya uğrayacaq.

Türkiyənin bu tələbinə İrəvanın razılıq verməyə hazır olduğu bildirilir. Ermənistan tərəfi öz növbəsində iki ölkə arasında sərhədlərin açılma istəyini dilə gətirib”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025