Mobil versiya
Erməni qadın Azərbaycana qarşı aksiya keçirənləri təhqir etdi
Tarix: 09-03-2021 | Saat: 18:05
Bölmə:Dünya | çapa göndər

Erməni qadın Azərbaycana qarşı aksiya keçirənləri təhqir etdi

Bu gün Ermənistanın İcəvan şəhərinin sakinləri etiraz aksiyası keçirərək İrəvan-Noyamberyan magistral yolunu bağlayıblar.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, etirazçılar bölgənin qubernatoru Ayk Çobanyanın əraziyə gələrək bəzi torpaqların Azərbaycana qaytarılacağı ilə bağlı şayiələrə aydınlıq gətirməsini tələb ediblər. Onlar bu məqsədlə aksiya keçiriblər.

"Maraqlıdır ki, qubernatorun əvəzinə hadisə yerinə aqressiv bir qadın gəlib. O, etirazçılardan yolu açmağı tələb edib. Qadın özünün fikirləri və çıxışı ilə etirazçıları provokasiyaya çəkməyə çalışıb. Etirazçılardan biri ilə mübahisə zamanı onlar bir-birinə "türk" deyərək ittiham ediblər. Aksiyanı pozan qadın deyib ki, fərqi yoxdur torpaq kimə məxsusdur, müharibə olmasın. O, həmçinin əraziyə toplaşanları açıq şəkildə təhqir edərək bildirib ki, bu cür vəziyyət münaqişəyə səbəb olur", - deyə məlumatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025