Mobil versiya
Dünyanın ən qədim titanozavrının qalıqları tapılıb
Tarix: 03-03-2021 | Saat: 09:22
Bölmə:Dünya | çapa göndər

Dünyanın ən qədim titanozavrının qalıqları tapılıb


Argentinanın Pataqoniya regionunda paleontoloqlar dünyanın ən qədim titanozavrının qalıqlarını tapıblar.

“İzvestiya”nın məlumatına görə, bu barədə paleontoloji jurnal “Ameghiniana” məlumat verib.

Bildirilir ki, əvvəllər bilinməyən iri otyeyən dinozavr növünün qalıq sümükləri Neuken şəhərinin cənub-şərqində aşkar edilib.

“Bu, bizim üçün dəyərli bir kəşfdir. Birincisi, bu dinozavr yeni bir titanozavr növüdür. İkincisi, bu, bilinən ən qədim titanozavrdır”, - deyə alimlər bildiriblər.

Paleontoloqların sözlərinə görə, qədim kərtənkələ 20 m uzunluğunda olub. Onun fosil sümüklərinin yaşı 140 milyon il hesablanıb.

Qeyd edək ki, indiyə qədər elm ən çoxu 120 milyon il əvvəllə aid dəlillərlə qarşılaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024