Mobil versiya
İran səfiri Türkiyə XİN-ə çağırıldı
Tarix: 28-02-2021 | Saat: 17:59
Bölmə:Dünya | çapa göndər

İran səfiri Türkiyə XİN-ə çağırıldı

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna dünən İranın İraqdakı səfiri İrac Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması olub.

Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, terrorizmlə mübarizədə dəstək gözləyir.

Qeyd edək ki, Türkiyə dövrü olaraq İraqın şimalındakı PKK terror təşkilatının bazalarının məhv ediməsi ilə bağlı əməliyyatlar aparır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025