Mobil versiya
Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi
Tarix: 23-02-2021 | Saat: 09:13
Bölmə:Dünya | çapa göndər

Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi


Gürcüstan Parlamenti İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi yeni nazirlər kabinetini təsdiqləyib.

aia.az-ın məlumatına görə, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Xatırladaq ki, İ.Qaribaşvili daha əvvəl 2013-cü ilin noyabrından başlayaraq baş nazir vəzifəsini icra edib və 2015-ci ilin dekabrında istefa verib. 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024