Mobil versiya
Ermənistanın XİN rəhbəri istefaya göndərilir
Tarix: 04-02-2021 | Saat: 11:03
Bölmə:Dünya | çapa göndər

Ermənistanın XİN rəhbəri istefaya göndərilir

Ötən ilin noyabrında Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunan Ara Ayvazyan artıq hakimiyyəti narazı salıb.

Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Qeyd edilib ki, onu istefaya göndərmək istəyirlər, yaxud özü ərizə yazacaq.

"Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvada Türkiyə ilə bağlı açıqlamasından narazı qalıb, nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub. Baş nazir Ayvazyana irad tutub”, - deyə nəşr yazıb.

Xatırladaq ki, 7 dekabrda Ayvazyan və rusiyalı həmkarı Sergey Lavrov Moskvadakı danışıqların ardınca birgə mətbuat konfransı keçiriblər.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı sualı cavablandıran Ayvazyan, 1915-ci il hadisələrini, qondarma “erməni soyqırımını” xatırladaraq, Türkiyənin guya Ermənistana qarşı “təcavüzkar” siyasətini bu günə qədər davam etdirdiyini deyib, həmçinin Ankaranın Qarabağ müharibəsində son dərəcə mənfi rol oynadığını vurğulayıb. Onun Türkiyə ilə bağlı qərəzli açıqlaması Ermənistan hakimiyyəti tərəfindən də mənfi qarşılanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025