AZ RU Mobil versiya
"Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi" - Erməni KİV
Tarix: 21-01-2021 | Saat: 13:44
Bölmə:Dünya | çapa göndər

"Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi" -


Ermənistan hakimiyyəti müharibənin başlayacağı günü bilirdi.

Azvision.az xəbər verir ki, bu barədə “Politik.am” nəşri yazıb.

Qeyd edilib ki, hakimiyyət 27 sentyabrda başlayan müharibə şəraitini gizlətmək üçün hər şey edir. Hansıki bu, cəmiyyəti yuxudan oyadacaq və məğlubiyyətin yeganə günahkarının mövcud rəhbərliyinin olduğunu sübut edə biləcək.

“Bu müharibə ilə bağlı ən böyük səhv düşüncə, hakimiyyətin onun başlamasını bilməməsi ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, artıq 23 sentyabrda Ermənistan baş qərargahının kəşfiyyatı müharibənin 27 sentyabrda başlayacağı barədə məlumat verib, hətta vaxtı da məlum idi.

Bu məlumatların fonunda Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərimizi necə məhv etməsi aydın deyil, kazarmadakı yüzlərlə əsgərin öldürülməsi necə baş verdi? Müharibədən xəbərdar olan hərbi-siyasi rəhbərlik Azərbaycan Ordusunun ilk zərbəsinin qarşısını əks hücumla almaq mümkün olmasa belə, onun bu dərəcədə ölümcül olmaması üçün niyə addım atmadı?

Artıq hakimiyyətin müharibə şəraiti ilə bağlı açıq və şəffaf istintaqdan niyə çəkindiyi aydındır. Bu vəziyyətdə Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Arqişti Kyaramyan, keçmiş müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan və baş nazir Nikol Paşinyan bir çox xoşagəlməz suallara cavab verməli olacaqlar ki, bunun da cinayət nəticələri ola bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

594 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-03-2021