Mobil versiya
Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var - BMT-nin Baş katibi
Tarix: 11-01-2021 | Saat: 10:00
Bölmə:Dünya | çapa göndər

Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var -


Dünyadakı atəşkəsin qarşısını kəsən əsas maneə etibarsızlıq və hərbi münaqişələrə müdaxilə edən xarici qüvvələrin destruktiv hərəkətləridir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın birinci Baş Assambleyasının 75-ci ildönümündə deyib.

"Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var. Birincisi - etibarın çatışmamazlığı. Etibarın defisiti insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırması üçün bir maneədir. İkincisi isə - destruktiv qüvvələrdir" - baş katib bildirib.

Təşkilat başçısı bir çox ölkənin digər dövlətlərin daxili qarşıdurmalarına müdaxilə etdiyini və onları ağırlaşdırdığını qeyd edib. O, eyni zamanda, böyük dövlətləri beynəlxalq səviyyədə nizam yaratmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Quterreş həmçinin nüvə qarşıdurmasının dünyaya qayıtdığını da vurğulayıb. Onun sözlərinə görə, dünyada geosiyasi gərginlik artmaqda davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025