Bayden andiçmədən sonra ölkədə hərbi vəziyyət qanunu tətbiq edəcək
Tarix: 30-12-2020 | Saat: 09:50
Bölmə:Dünya | çapa göndər
ABŞ-ın bu il seçilmiş prezidenti, demokrat Cozef Bayden andiçmə mərasimindən sonra ölkədə koronavirus peyvəndlərini sürətlə yaymaq üçün hərbi vəziyyət qanunundan istifadə edəcəyini təsdiqləyib.
TASS-ın məlumatına görə, müvafiq açıqlamanı o, Uilminqtonda (Delaver) çıxışı zamanı edib.
“(Peyvənd paylanması prosesini) sürətləndirmək üçün vəzifəyə gəldikdən sonra hərbi vəziyyəti qanunu tətbiq edəcəyəm. Özəl şirkətlərə peyvənd istehsal edən maddələrin və müdafiə vasitələrinin istehsalını sürətləndirməyi tapşıracağam”, - deyə siyasətçi vurğulayıb.
Sözügedən qanun prezidentə milli təhlükəsizliyi gücləndirmək üçün müəyyən malların istehsalını artırmağa imkan verir.
İndiki dövlət başçısı Donald Tramp, pandemiyanın başlanğıcından bəri bu sənədin müddəalarından bir neçə dəfə istifadə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025