Mobil versiya
COVİD-in yeni mutasiyası daha çox bu yaş qrupu arasında yayılır
Tarix: 25-12-2020 | Saat: 22:43
Bölmə:Karusel / Təhsil / Dünya | çapa göndər

COVİD-in yeni mutasiyası daha çox bu yaş qrupu arasında yayılır


Koronavirusun yeni mutasiyası Avropanın daha 8 ölkəsində aşkarlanıb.

AİA.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional bürosunun rəhbəri Hans Klyuqe bildirib.

“Avropa regionunda səkkiz ölkədə COVİD-19-un yeni versiyası - VOC-202012/01-ə rast gəlinib. Mövcud qoruyucu tədbirləri gücləndirmək həyati əhəmiyyət daşıyır. Bunun üçün sosial məsafəni gözləmək, tibbi maskadan istifadə etmək, məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır”.

Klyuqe əlavə edib ki, yeni ştamm əvvəlkilərdən fərqli olaraq, daha çox gənc yaş qrupu arasında yayılır. ÜST nümayəndəsi yeni mutasiyanın xüsusiyyətlərinin öyrənildiyi müddətdə hər kəsi ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, ilk dəfə Böyük Britaniyada rast gəlinən yeni mutasiya növünün 70% daha çox yoluxucu olduğu bildirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024