Paşinyan Balasanyanla gizli görüş keçirdi
Tarix: 25-12-2020 | Saat: 12:54
Bölmə:Dünya | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan Vitali Balasanyanla gizli görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Qəzetə hökumətdəki etibarlı mənbələrdən sızan informasiyada qeyd edilir ki, gözlənilməz görüş qapalı keçirilib:
“Əldə etdiyimiz məlumata görə, Vitali Balasanyan baş nazirlə ordu quruculuğu və təhlükəsizlik məsələlərini müzakirə edib. Həmçinin qapalı görüşdə Ermənistandakı və Qarabağın ermənilər yaşayan ərazisində yaranan hazırkı siyasi vəziyyət və bu çətin durumdan çıxış yolları da müzakirə obyekti olub. Artıq iki gündür ki, hər iki tərəfdən bu informasiyanın dəqiqliyini öyrənməyə çalışırıq. Baş nazirin mətbuat katibi Mane Qevorqyan telefon zənglərimizi cavabsız qoyur. Amma Vitali Balasanyan bizim sualımıza qısa şəkildə cavab verərək görüşlə bağlı yaranan sualları ətraflı şəkildə cavablamaq istəməyib”.
Xatırladaq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qondarma rejimin rəhbəri Araik Arutyunyan dekabrın 2-də Vitali Balasanyanı "təhlükəsizlik şurasının rəhbəri" təyin etmişdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025