Mobil versiya
Pentaqon Trampın hərbi vəziyyətin elan etməsi halında addımları müzakirə edir
Tarix: 25-12-2020 | Saat: 09:26
Bölmə:Dünya | çapa göndər

Pentaqon Trampın hərbi vəziyyətin elan etməsi halında addımları müzakirə edir


ABŞ Silahlı Qüvvələrinin və hərbi hissələrin komandanlığı hazırkı prezident Donald Trampın 20 yanvarda seçilmiş dövlət başçısı Demokrat Cozef Baydenin andiçmə mərasimindən əvvəl hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı mümkün qərarın verməsi təqdirdə hərəkətlərin ssenarisini müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə "Newsweek" jurnalı Pentaqonda olan mənbələrə istinadən bildirib.

Bu mənbələrə görə, yuxarıda göstərilən müzakirələr Ağ Evdən və Amerika silahlı qüvvələrinin komandanlığında D.Tramp tərəfdarlarından gizli şəkildə aparılır. Mütəmadi qoşunların paytaxta göndərilməsi və inauqurasiya vaxtı və keçid dövrü üçün qaydanın təmin edilməsi barədə əmr verilməsi halda müəyyən addımlar üçün planlar hazırlanır.

Pentaqon ölkənin hazırkı prezidentinin hakimiyyətin gələcək Bayden administrasiyasına təhvil verilməsinin qarşısını almaq üçün çoxsaylı tərəfdarlarını səfərbər edəcəyini istisna etmir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025