Qürbət Məmmədov: “Qalib xalqın, qalib sərkərdəsi”
Tarix: 19-12-2020 | Saat: 15:23
Bölmə:Karusel | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri yürütdüyü düşünülmüş və məqsədyönlü siyasəti müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyəyə qaldırılmasına və bütün bunların nəticəsi olaraq torpaqlarımızın azad olunmasına xidmət etdi. ” – bu sözləri saytımıza verdiyi müsahibəsində Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədov deyib.
Müsahibənin əvvəlində Qürbət Məmmədov Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bu illər əzində verdiyi hər bir qərarın ilk növbədə iqtisadiyyatımızın gücləndirilməsinə və xalqın rifahının yüksəldilməsinə yönəldiyini qeyd etdi. Bu məqamla bağlı fikirlərini paylaşan müsahibimiz 2003-cü ildən bəri davamlı olaraq həyata keçirilən iqtisadi inkişaf proqramlarının önəmini vurğulayaraq bunları bildirdi: “Regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini mərhələli şəkildə irəli apardı. Bununla əlaqədar olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi hər növbəti yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın dinamik inkişafına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olundu. Hər növbəti proqram isə icrası başa çatmış əvvəlki proqramlar çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.”
Daha sonra öz müsahibəsində güclü iqtisadiyyatın həm də siyasi müstəqillik üçün zəruri şərt olduğunu vurğulayan Qürbət Məmmədov, Azərbaycanın xüsusilə son 17 ildə bu istiqamətdə önəmli nailiyyətlərə imza atdığını da qeyd etdi: “Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi bir çox önəmli beynəlxalq təşkilatlara üzv olmuşdur və öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetirir. Məlumdur ki, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Son illər ərzində Azərbaycan hətta dünya miqyasında belə bu günə qədər heç vaxt müşahidə olunmamış inkişaf templərinə nail olub. Bunu bütün statistik göstəricilərdə də görə bilərik. Bu illər ərzində ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənaye istehsalında böyük artım müşahidə olunmaqla, yüz minlərlə yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi dəfələrlə azalmışdır. Azərbaycanda sosial ədalət prinsipləri tam bərqərar edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox güclü sosial siyasət aparılır, önəmli iqtisadi-siyasi islahatlar həyata keçirilir. Əldə edilmiş uğurlar nəticə etibarı ilə ölkəmizin siyasi-iqtisadi müstəqilliyini təmin etmişdir ki, bu da Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizin əsasını təşkil etmişdir.”
Müsahibənin sonunda Qürbət Məmmədov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni şərtləndirən əsas amillərdən biri kimi ölkəmizdə həyata keçirilən ordu quruculuğu işinin dövlət başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını vurğulayaraq bunları dedi: “Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsinin gedişində bütün dünyaya XXI əsrin yeni ordu modelini təqdim etdi. Əlbəttə ki, bu ordu qısa müddət ərzində qurulmayıb. Hələ 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 17 il ərzində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla da həll variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Bu gün də Azərbaycan məhz bu hüququndan istifadə etdi. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, “dəmir yumruq” mənfur düşmənlərimizin başını əzdi. Bu gün artıq Ermənistan bizim bütün şərtlərimizi qeyd-şərtsiz qəbul etməyə məcbur oldu. Bununla da sadəcə torpaqlarımızın işğalına deyil, həmçinin Naxçıvanın da 30 il davam edən blokadasına son qoyuldu. Heç bir şübhə ola bilməz ki, bundan sonra ölkəmizin inkişafı daha da sürətlənəcək, biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğalın bütün fəsadlarını tezliklə aradan qaldıracağıq və Azərbaycan
Abbas Abbasov
Tahir Cəlilov
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2025