Azərbaycan-Çin əməkdaşlığında yeni səhifə
Tarix: 29-04-2025 | Saat: 14:54
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, xalqlarımızın əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq, əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər təbii ki, tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfər zamanı Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibə isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Bu müsahibə yalnız Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyəsini əks etdirmədi, həm də Azərbaycanın beynəlxalq siyasətdə sərgilədiyi ardıcıl, prinsipial və qlobal əməkdaşlığa açıq yanaşmasını bir daha təsdiqlədi. Bununla da strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələsinə start verildi. Cənab Prezident İlham Əliyev müsahibəsində 2024-cü ilin iyul ayında Çinə etdiyi dövlət səfərinin əhəmiyyətini xüsusi vurğuladı. Həmin səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" iki ölkənin münasibətlərini tamamilə yeni bir mərhələyə daşıdı. Bu sənəd siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji və humanitar sahələrdə də əməkdaşlığın keyfiyyətcə yüksələcəyini təsdiqləyir. İki ölkə arasında imzalanmış sənədlər, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlığın uzunmüddətli və dayanıqlı olacağını göstərir. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın daim "Vahid Çin" siyasətini dəstəklədiyini və Tayvan məsələsində Çinin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə dəstək verdiyini bir daha bəyan etdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və hüquqa əsaslanan mövqe tutduğunu göstərir. Azərbaycanın bu mövqeyi iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir və gələcək əməkdaşlığın etibarlı təməlini yaradır. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq sistemdə suverenlik və ərazi bütövlüyü prinsipinin qorunmasına verdiyi əhəmiyyəti nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin dostluq münasibətlərinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində iki ölkə arasında qarşılıqlı etimad və dostluq əlaqələri formalaşıb və bu gün bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu – iqtisadi artım, siyasi sabitlik, beynəlxalq nüfuzun yüksəlməsi – məhz bu möhkəm təməlin üzərində qurulmuşdur. Bu da Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır. Münasibətlərin inkişafı zəminində iqtisadi və enerji əməkdaşlığının da böyük önəmi var və bu danılmaz gerçəklikdir. İqtisadi əməkdaşlığın genişləndirilməsi müsahibənin mühüm hissələrindən biri oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlardan danışaraq, Çin şirkətləri ilə bu sahədə əməkdaşlığın inkişaf etdirildiyini vurğuladı. Azərbaycanın 2030-cu ilə qədər 6500 MVt gücündə yaşıl enerji istehsal etmək hədəfi, ölkənin yaşıl inkişaf siyasətinə verdiyi ciddi əhəmiyyətin bariz nümunəsidir. Çin şirkətləri ilə birgə həyata keçirilən layihələr, xüsusilə günəş və külək enerjisi sahəsində əməkdaşlıq, Azərbaycanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, yaşıl enerji ixrac edən ölkəyə çevrilməsinə də şərait yaradacaq. Bununla yanaşı, cənab Prezident BYD şirkəti ilə birgə layihələrə də toxundu. Elektrik avtobuslarının Azərbaycanda istifadəyə verilməsi və gələcəkdə yerli istehsal imkanlarının yaradılması yaşıl nəqliyyat sektorunun inkişafı baxımından mühüm hadisədir. Bu təşəbbüslər Azərbaycanın ekoloji cəhətdən təmiz, innovativ nəqliyyat sisteminə keçidini sürətləndirəcək. Azərbaycan və Çin arasında vizasız rejimin tətbiqinə dair imzalanan sənəd xalqlar arasında münasibətlərin inkişafına yeni imkanlar açır. Turizm sahəsində qarşılıqlı səfərlərin artması, mədəniyyətlərarası dialoqun genişlənməsi və iqtisadi münasibətlərin dərinləşməsi üçün böyük potensial yaradır. Bundan əlavə, Prezident İlham Əliyevin Çin-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü irəli sürməsi təhsil sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə işarə edir. Bu universitet gələcəkdə iki ölkənin gəncləri arasında elm-təhsil əlaqələrinin və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin CGTN-ə müsahibəsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisi oldu. Bu gün Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq naminə apardığı siyasət beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha çox dəstəklənir. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında, regional və qlobal əməkdaşlıqda fəal rol oynayır, həmçinin dünya miqyasında yeni əməkdaşlıq platformalarının yaradılmasına töhfə verir. Bu müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan öz müstəqil və qətiyyətli siyasəti ilə həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2025