Əziz Ələkbərli: “Çin Xalq Respublikası ilə ikitərəfli əlaqalər yeni məzmun və keyfiyyət kəsb edir.”
Tarix: 28-04-2025 | Saat: 16:00
Bölmə:Manşet / Özəl / Siyasət / Seçilənlər-9 | çapa göndər

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Qeyd edək ki, Azərbaycanın digər dövlətlərlə də stratreji tərəfdaşlıq müqavilələri var. Lakin bu müqavilə digərlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, bu Bəyanatda əməkdaşlıq sahələri kifayət qədər genişdir.
Ölkəmizin başçısı cənab İlham Əliyev aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd etmişdir ki, “bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı.”
Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli dövlət başçısı cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərini şərh edərkən söyləmişdir.
Müsahibimiz qeyd edib ki, “Ölkələrimizin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirdiyini bildirən cənab İlham Əliyev Azərbaycanın “Vahid Çin” prinsipinə sadiq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərinin dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb: “Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq.
Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır”.
Əziz Ələkbərli bildirib ki, “Çin Xalq Respublikası ilə münasibətlərin qurulması tarixinə ekskurs edən ölkəmizin başçısı bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.

Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Səfər çərçivəsində 20-dən çox sənəd, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş də imzalanıb.
Cənab İlham Əliyevin müsahibəsində təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev Çin-Azərbaycan Universitetinin yaradılmasının vaxtı çatdığını bildirib: “Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”.
Millət vəkili müsahibəsinin sonunda bildirib ki, “Dünyanın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək səviyyəyə qaldırılması həm tərəqqi və inkişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ikitərəfli əlaqalər yeni məzmun və keyfiyyət kəsb edir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2025