Mobil versiya
Avropa liderləri mayın 9-da Kiyevə getməkdən imtina ediblər
Tarix: 29-04-2025 | Saat: 19:29
Bölmə:Özəl | çapa göndər

Avropa liderləri mayın 9-da Kiyevə getməkdən imtina ediblər

Bir sıra Avropa liderləri mayın 9-da Kiyevə gəlməkdən imtina ediblər.Bu barədə “Komsomolskaya Pravda” mənbəyə istinadən yazır.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sybiha Aİ siyasətçilərini “birlik və qətiyyət nümayiş etdirmək” üçün mayın 9-da Kiyevə gəlməyə dəvət edib.

Qəzetin yazdığına görə, Polşanın baş naziri Donald Tusk Fransa prezidenti Emmanuel Makronla təhlükəsizlik sazişi imzalamaq üçün Nensiyə gedəcək.Böyük Britaniyanın baş naziri Keir Starmer imtinasını Osloda keçiriləcək müdafiə sammitində iştirak etməyi planlaşdırması ilə əsaslandırıb.
Almaniya kansleri namizədi Merz, bütün Almaniya hökuməti təsdiqlənməyincə getmək istəmədiyini izah etdi.

Bundan əvvəl Fransa və Polşanın mayın 9-da Fransanın Nansi şəhərində yeni dostluq və əməkdaşlıq müqaviləsi imzalayacağı bildirilirdi.
Sənəd Polşa-Fransa münasibətləri üçün simvolik bir yerdə imzalanacaq.

Bu şəhərdə 1736-cı ildə Polşadan qovulduqdan sonra Fransa kralı XV Lüdovikin qayınatası, Lotaringiya hersoqu Stanislav Leşçinski məskunlaşıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2025