Mobil versiya
Tarixi İpək yolunun bərpasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var
Tarix: 29-04-2025 | Saat: 18:53
Bölmə:Özəl | çapa göndər

Tarixi İpək yolunun bərpasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var

Prezident İlham Əliyev Tarixi İpək Yolunun bərpasında Ulu Öndərin xidmətlərini qarşılıqlı əməkdaşlığın təməli adlandırdı.
Prezident İlham Əliyevin strateji tərəfdaş Çin Xalq Respublikasına dövlət səfəri ərəfəsində bu ölkənin Sinxua agentliyinə, səfər çərçivəsində, CGTN (China Global Television Network) telekanalının «Danışır liderlər» verilişinə müsahibələri Qlobal Cənubun beynəlxalq aləmdə genişlənən imkanlarının təhlili baxımından çox aktual idi
Prezident İlham Əliyevin bu günlərdə Cin Xalq Respublikasına (CXR) dövlət səfəri maraqlı hadisələrlə, tarixi məqamlarla diqqət çəkdi. Bütün dünya ictimaiyyətinin maraqla izlədiyi bu səfər Qlobal Cənubun dünya siyasətindəki roluna, regionda baş verən hadisələrin təhlilinə bir baxış idi. Səfər ərəfəsində bu ölkənin Sinxua agentliyinə, səfər zamanı CGTN (China Global Television Network) telekanalının «Danışır liderlər!» verilişinə müsahibələrində Çin-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində yeni keyfiyyətlə, dünya siyasətinə uyğun davam etdiyini bildirən Prezident İlham Əliyev hər iki ölkə arasındakı əlaqələrin tarixi, müasir dövrdəki inkişafı ilə bağlı mühüm məqamlara aydınlıq gətirdi. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə imzaladığı «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə»nin” qəbulunu qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji əməkdaşlığın mühüm amilləri kimi dəyərləndirdi. İki ölkə arasında illərin sınağından çıxmış dostluq əlaqələrinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün münasibətlərin daha geniş istiqamətləri əhatə etdiyini «Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır.
O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı» sözləri ilə bildirən Prezident İlham Əliyev Tarixi İpək Yolunun bərpasında Ulu Öndərin xidmətlərini qarşılıqlı əməkdaşlığın təməli adlandırdı. Əsrlərdən bəri mövcud olan əlaqələrin genişləndirilməsinin, müasir dövrdə müxtəlif istiqamətlər üzrə inkişafının beynəlxalq əhəmiyyətini keçirdiyi rəsmi görüşlərdə, müsahibələrində xüsusilə diqqət çatdırdı. İkitərəfli münasibətləri dünya siyasətinə müsbət göstərən tarixi hadisə adlandırdı. Bildirildi ki, səfər çərçivəsində imzalanan 20-dən artıq sənəd Cənubi Qafqaz ilə Qlobal Cənub arasında genişlənən münasibətlərin təcahürüdür.
Dünyada baş verən hadisələrdən də aydın olur ki, «Bir kəmər, bir yol» layihəsi yalnız tranzit marşrutu deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən hər iki ölkənin infrastrukturunun baxımından qlobal əhəmiyyətə malikdir. Hədəf bu marşrut üzərində biznes imkanları yaratmaq, infrastrukturun coğrafiyasını genişləndirməkdir. Ölkəmizin əlverişli nəqliyyat-tranzit imkanları Çin məhsullarının Avropa, Ərəb körfəzi, Afrika ölkələrinin bazarlarına çıxışı üçün cəlbedicidir. Çin lideri Si Cinpinin ideyası kimi «regional əlaqələri gücləndirmək və daha parlaq gələcəyi əhatə etmək üçün bir cəhd» adlandırılan «Bir kəmər, bir yol» layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının adıçəkilən bazarlara daha çevik çıxışını təmin etməkdir. Bu mənada Azərbaycanın tranzit imkanları əvəzsizdir. «Bir kəmər, bir yol» təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının, beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini həyati əhəmiyyətli məsələ kimi aktuallaşdırır. Nəzərə alaq ki, Azərbaycanın infrastruktur təminatı illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə malikdir. «Bir kəmər- bir yol» layihəsinin əsas tərkib hissəsi və ən qısa məsafə olacaq Zəngəzur dəhlizinin bərpası ilə bu həcmi 35 milyon tona qədər artırmaq imkanı yaranacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2025