Mobil versiya
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub -Fotolar
Tarix: 29-04-2025 | Saat: 16:06
Bölmə:Siyasət / Parlament | çapa göndər

İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayatanın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluq duyduğunu bildirib. Strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–İtaliya münasibətlərindən bəhs edən komitə sədri qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolu var. O, hazırda Azərbaycan ilə İtaliya arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın daha da möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayata göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Qonaq, ölkələrimiz arasında müxtəlif sahələrdə qurulmuş əlaqələrə toxunaraq, bu əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

İki ölkə arasındakı dostluq münasibətlərinin tarixi və bu günü barədə fikirlərini bölüşən İtaliya parlamentinin üzvləri — deputat Naike Qruppioni, senatorlar Ernesto Rapani və Luici Nave, eləcə də sabiq senator Maria Rizzotti dövlətlərarası münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı dövlətlərarası əlaqələrin inkişafında Azərbaycan və İtaliya xalqları arasında mövcud olan dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb, ortaq dəyərlərin bölüşüldüyü və xalqlarımız arasında qarşılıqlı rəğbətin mövcud olduğu qeyd edilib, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının səmərəli işindən məmnunluq ifadə olunub.

Görüşdə Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2025