Buxarestdə silah laboratoriyasında baş verən partlayışdan sonra bir qadın öldü
Tarix: 29-04-2025 | Saat: 19:50
Bölmə:Özəl | çapa göndər

Buxarestdə hərbi laboratoriyada baş verən partlayış və yanğından sonra bir qadın ölüb.
Bu barədə Antena 3 telekanalı məlumat yayıb. Bildirilir ki, partlayış aprelin 29-da paytaxtın dairəvi yolunda yerləşən ordunun silah və sursatların sınaq laboratoriyasında baş verib.
Telekanalın məlumatına görə, hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəlib.
"Söhbət təcili yardım, xilasetmə avadanlığı və robot-nəqliyyat maşını da daxil olmaqla, qüvvələrin hadisə yerinə səfərbər edilməsindən gedir. Partlayış riski səbəbindən robotlardan istifadə edilir", - deyə məlumatda vurğulanıb.
Partlayış riski səbəbindən robotlardan istifadə edildiyi qeyd edilir. Xilasedicilər həmçinin partlayış və yanğından sonra başqa qurbanların olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
Bundan əvvəl Hollandiyanın Utrext şəhərindəki Nedal alüminium zavodunda hidrogen qazı sızması baş verib. NOS Teleradio Şirkəti hidrogenin zəhərli olmadığı, lakin partlayıcı və alışqan olduğuna aydınlıq gətirib.
Yanğınsöndürənlər zavodu havalandırmaq üçün onun fəaliyyətini dayandırmaq qərarına gəliblər. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları da gəlib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2025