ABŞ-da qorxulu statistika: Bir həftədə rekord sayda uşaq koronavirusa yoluxdu
Tarix: 23-12-2020 | Saat: 09:29
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-da bir həftə ərzində uşaqlar arasında rekord sayda koronavirus infeksiyasına yoluxma qeydə alınıb.
TASS bu barədə ABŞ Pediatriya Akademiyasının məlumatına istinadla xəbər yayır.
Bildirilir ki, 10-17 dekabr tarixlərində ABŞ-da 182 018 uşaqda koronavirus infeksiyası təsdiqlənib.
Bu rəqəm pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.
Eyni zamanda, iki həftə ərzində infeksiya sayında artım 25 % olub. Ümumilikdə, ABŞ Pediatriya Akademiyasına görə, infeksiya bu günə qədər ABŞ-da 1,8 milyondan çox uşaqda aşkar edilib (ümumi yoluxma sayının təxminən 12,3 %-i).
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma (18 473 716 nəfər) və ölüm sayına (326 772) görə ölkələr arasında birinci yerdədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər