İsraildə vətəndaşların kütləvi peyvəndlənməsinə başlanıldı
Tarix: 20-12-2020 | Saat: 21:41
Bölmə:Karusel / Dünya | çapa göndər
Bazar günü səhər İsraildə vətəndaşların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb. Aia.Az bildirir ki, bu barədə “Kan” dövlət telekanalı xəbər verib.
Birinci mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatrik mərkəzlərin əməkdaşları, eləcə də bələdiyyələrin və hakimiyyət orqanlarının nümayəndələri peyvənd olunacaq. Onlar bu şəkildə ölkə vətəndaşlarına nümunə göstərməyə çalışır.
“Koronavirusa qarşı peyvəndlənmə kampaniyası başladı, ilkin olaraq səhiyyə işçiləri və risk qruplarına daxil olanlar peyvənd ediləcək”, - telekanalın məlumatında deyilir.
Daha əvvəl İsraildə “Pfizer” şirkətinin istehsalı olan COVID-19 peyvəndi ilk dəfə Baş nazir Benyamin Netanyahuya vurulmuşdu.
Aia.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025