Mobil versiya
Merkel: “Yunanıstanın borcu silinməyəcək“
Tarix: 13-07-2015 | Saat: 13:20
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər



Yunanıstanla razılıq əldə olunub, yeni paketin ayrılması üzrə danışıqların aparılması üçün şərtlər də razılaşdırılıb

Azvision.az -ın məlumatına görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib.

`Biz yeni kömək üçün yol açdıq`, - deyə kansler bəyan edib. Merkel vurğulayıb ki, böhran yaşayan Yunanıstanın borcunun silinməsi məsələsi gündəmdə deyil.

Almaniya kanslerinin sözlərinə görə, 3 il ərzində Yunanıstana 82-86 milyard avro yardım ediləcək.

Fransa prezidenti Fransua Olland jurnalistlərə açıqlamasında bildirib ki, bu razılaşma Yunanıstana avro zonada qalmağa imkan verəcək.

Ollandın sözlərinə görə, Avropa liderləri danışıqların əsas hədəfinə (Avro zonanın birlik, bərabərlik və həmrəyliyini qorumaq) nail olublar: “Danışıqlar əsas hədəflərindən biri Yunanıstana və yunan xalqına ümid vermək idi`.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024