Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Merkel: “Yunanıstanın borcu silinməyəcək“
Merkel: “Yunanıstanın borcu silinməyəcək“13-07-2015, 13:20. Yazar: admin |
Yunanıstanla razılıq əldə olunub, yeni paketin ayrılması üzrə danışıqların aparılması üçün şərtlər də razılaşdırılıb Azvision.az -ın məlumatına görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib. `Biz yeni kömək üçün yol açdıq`, - deyə kansler bəyan edib. Merkel vurğulayıb ki, böhran yaşayan Yunanıstanın borcunun silinməsi məsələsi gündəmdə deyil. Almaniya kanslerinin sözlərinə görə, 3 il ərzində Yunanıstana 82-86 milyard avro yardım ediləcək. Fransa prezidenti Fransua Olland jurnalistlərə açıqlamasında bildirib ki, bu razılaşma Yunanıstana avro zonada qalmağa imkan verəcək. Ollandın sözlərinə görə, Avropa liderləri danışıqların əsas hədəfinə (Avro zonanın birlik, bərabərlik və həmrəyliyini qorumaq) nail olublar: “Danışıqlar əsas hədəflərindən biri Yunanıstana və yunan xalqına ümid vermək idi`. Geri dön |