Mobil versiya
Kansler: "Almaniya normal həyata gələn ilin payızında qayıdacaq"
Tarix: 15-12-2020 | Saat: 17:36
Bölmə:Dünya | çapa göndər

Kansler:



Almaniya kansleri Angela Merkel ölkəsinin 2021-ci ilin payızına qədər normal həyata qayıdacağını deyib.
Azvision.az xəbər verir ki, bu barədə Kansler tələbələrlə virtual görüşdə danışıb.

"Əgər bizdə peyvəndlə bağlı işlər qaydasında olarsa, payız semestrinə qədər daha normal vəziyyətə sahib olacağımıza böyük ümid var. Ancaq qışda çox çətin olacaq".

Qeyd edək ki, Almaniya Səhiyyə Nazirliyi ölkədə yayın sonuna qədər vətəndaşların 60% -nin koronavirus əleyhinə peyvənd olunacağı barədə proqnoz vermişdi.

Epidemioloqlar koronavirusun əhali arasında nəzarətsiz yayılmasının dayandırılması üçün peyvənd olunmanın 60-70% həddini tələb edirlər. Almaniyada son sutka ərzində 14 432 nəfər koronavirusa yoluxub, 500 nəfər həyatını itirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025