Mobil versiya
Alimlərdən nadir astronomik hadisə barədə xəbərdarlıq
Tarix: 24-11-2020 | Saat: 09:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Alimlərdən nadir astronomik hadisə barədə xəbərdarlıq


Rays Universitetinin (ABŞ) astronomları 21 dekabrda günəş batandan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

Bu barədə Phys.org məlumat verir.

Tədqiqatçılardan biri Patrik Hartiqanın dediyinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birlərinin bu qədər yaxınlığından keçməyiblər.

“Gecə səmada görünən bu obyektlərin daha yaxın mövqeyini izləmək üçün 4 mart, 1226-cı ilin sübh vaxtına qayıtmalı olacaqsınız”, - deyə qeyd olunur.

Bildirilir ki, hava şəraiti imkan verərsə, bu qeyri-adi hadisə Yerin hər tərəfindən müşahidə oluna bilər, lakin bunun üçün ən münasibi ekvatora yaxın yerlər olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024