Mobil versiya
Əfqanıstandakı cinayətlərə görə 9 əsgər intihar edib
Tarix: 23-11-2020 | Saat: 12:12
Bölmə:Dünya | çapa göndər

Əfqanıstandakı cinayətlərə görə 9 əsgər intihar edib


Avstraliya əsgərlərinin Əfqanıstanda törətdikləri müharibə cinayətlərinə dair hesabatın yayımlanmasından sonra son üç həftə ərzində 9 avstraliyalı əsgər intihar edib.
Azvision.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, hesabatı keçən həftə Avstraliya Silahlı Qüvvələrinin komandiri Anqus Kempbell yayımlayıb.

Sənəddə Avstraliya xüsusi təyinatlıları tərəfindən 2005-2016-cı illərdə Əfqanıstanda törədilmiş 39 qətlin dəlilləri yer alıb. Qurbanların arasında həm yerli əsgərlər, həm də mülki şəxslər var.

Qəzet qeyd edir ki, belə qısa müddətdə bu sayda intihar - səkkiz kişi və bir qadın - Avstraliya ordusu tarixində görünməmiş hadisədir.

Hesabatdakı məlumatların 400-dən çox şahidin ifadələrinə əsaslandığı bildirilir. Bundan əlavə, mütəxəssislər göstərilən müddət ərzində 20 mindən çox sənədi və 25 mindən çox fotoşəkili araşdırıblar.

Təqdim olunan hesabatda komandir Əfqanıstandakı qurbanların ailələrinə təzminat ödənməli olduğunu bildirib. Ümumilikdə, o, 36 qətl hadisəsi və əsassız vəhşiliklər barədə əlavə cinayət istintaqının aparılmasını tövsiyə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024