Mobil versiya
Pompeo: “ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır”
Tarix: 18-11-2020 | Saat: 09:57
Bölmə:Dünya | çapa göndər

Pompeo:



“ABŞ administrasiyası Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında aktiv hərbi əməliyyatların başa çatmasını alqışlayır”, - deyə M.Pompeo bildirib.

Bundan əlavə, ABŞ-ın Xarici siyasət qurumunun rəhbəri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin qalıcı bir siyasi həll yolunun tapılması üçün ATƏT-in Minsk qrupu ilə danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb.

“Döyüşlərin sona çatması Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır”, - deyə M.Pompeo qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024