Mobil versiya
İsrail və Azərbaycan arasında həqiqi dostluğa əsaslanan möhkəm münasibətlər qurulub - Netanyahu
Tarix: 19-10-2020 | Saat: 12:06
Bölmə:Dünya | çapa göndər

İsrail və Azərbaycan arasında həqiqi dostluğa əsaslanan möhkəm münasibətlər qurulub -


İsrailin Baş naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub.

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5606 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2020
20-11-2020