Mobil versiya
Türkiyə hökuməti: Ermənistan Avropanın enerji təhlükəsizliyi üçün real təhdiddir
Tarix: 07-10-2020 | Saat: 11:00
Bölmə:Dünya | çapa göndər

Türkiyə hökuməti:


Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini artilleriya atəşinə tutmaqla Ermənistan göstərdi ki, Avropanın enerji təhlükəsizliyi üçün real təhdiddir.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onların həyasızlığını daha da artırır:

“Dünya ictimaiyyəti Ermənistanın hərbi əməllərinin qarşısını dərhal almalı və qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan BTC boru kəmərinə kasset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb. 300+ kasset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə ziyan dəyməyib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024