Mobil versiya
Zaxarova: Beynəlxalq ictimaiyyət bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nadir fikir birliyi nümayiş etdirir
Tarix: 30-09-2020 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Zaxarova:


Beynəlxalq ictimaiyyət bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində nadir fikir birliyi nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, dünya ictimaiyyəti nadir hallarda ümumi fikrə gəlsə də, bu dəfə beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət başçılarının, siyasətçilərin, ictimai xadimlərin bəyanatları yaxşı mənada eyni səslənir.

M.Zaxarova qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfləri atəşi dərhal dayandırmağa, siyasi-diplomatik səylərin bərpasına və problemin həll olunması üçün danışıqlar masasına oturmağa çağırır:

“Siyasi-diplomatik, sülh yolu ilə həldən başqa variant yoxdur. Bu, illər ərzində hazırlanmış sənədlər bazası ilə təsdiqlənir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024