Mobil versiya
Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır
Tarix: 28-09-2020 | Saat: 10:16
Bölmə:Dünya | çapa göndər

Livanlı vəkil:


BMT Təhlükəsizlik Şurası dövlət səviyyəsində terror siyasəti həyata keçirən və təəssüf ki, bir sıra ölkələr tərəfindən dəstəklənən Ermənistanı dərhal dayandırmalıdır.

Trend-in məlumatına görə, bunu livanlı vəkil, xarici siyasət üzrə ekspert Tarik Şandib öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Ermənistan xalqı başa düşməlidir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmayanadək regionda sülh olmayacaq:

“Hər kəsə məlumdur ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və yalnız Ermənistan regionda münaqişənin gərginləşməsinə görə məsuliyyət daşıyır”.

Ekspert, həmçinin Azərbaycan xalqını əks-hücum əməliyyatı çərçivəsində uğurlarla əlaqədar təbrik edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024