Mobil versiya
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
Tarix: 25-09-2020 | Saat: 10:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp söz verdi:



ABŞ-ın hazırladığı koronavirus peyvəndlərinin istifadəsi təsdiqindən 24 saat sonra bütün ölkə ərazisinə çatdırılacaq.

TASS agentliyi xəbər verir ki, Donald Tramp bunu Şarlott şəhərində (Şimali Karolina ştatı) seçiciləri önündə çıxış edərkən bəyan edib.

D.Tramp bildirib ki, aprel ayından başlayaraq ölkədə koronavirusdan ölənlərin sayı 85 faiz azalıb.

“ABŞ rəhbərliyi rekord müddət ərzində dörd peyvənd hazırlayır. Peyvəndlər klinik sınaqların son mərhələsindədir. Çox böyük ümidlər vəd edən vaksinlər kütləvi şəkildə istehsal ediləcək və təsdiqləndikdən 24 saat sonra bütün Birləşmiş Ştatlar ərazisinə çatdırılacaq”, - Ağ Ev rəhbəri deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024