Mobil versiya
Ötən sutkada İranda 36 nəfər saxta spirtli içkidən ölüb
Tarix: 10-03-2020 | Saat: 15:11
Bölmə:Gündəm | çapa göndər

Ötən sutkada İranda 36 nəfər saxta spirtli içkidən ölüb


Ötən 1 sutka ərzində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində 36 nəfər saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində ölüb.

Bu barədə Trend IRNA informasiya agentliyinə istinadən məlumat verib. Bunu İranın Xuzistan vilayətinin Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur jurnalistlərə açıqlamasında deyib.

Ə.Ehsanpurun sözlərinə görə, saxta spirtli içkilərdən istifadə etməsi ilə əlaqədar 270 nəfər xəstəxanalara müraciət edib.

Ehsanpur əlavə edib ki, müraciət edənlərin 95%-i Əhvaz rayonuna aiddir. Pasiyentlərin 150 nəfəri müalicə olunaraq buraxılıb.

Qeyd edək ki, yeni koronavirusun müalicəsində spirtli içkilərdən istifadənin bu virusa qarşı faydalı olması şayiəsi yayılıb. İranın Xuzistan vilayətində ötən günədək (9 mart) 83 nəfərin bu virusa yoluxması və 18 nəfərin ölməsi təsdiqlənib.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək (9 mart) 7 161 nəfərin yeni koronavirusa yoluxduğunu, 237 nəfərin öldüyünü və 2 394 nəfərin sağaldığını təsdiqləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5183 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2020
26-11-2020