Fransanın Azərbaycandakı səfiri SDU-da qonaq oldu - FOTOLAR
Tarix: 21-02-2020 | Saat: 10:00
Bölmə:Manşet / Təhsil | çapa göndər
Fevralın 20-də Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros və səfirliyin əməkdaşları Sumqayıt Dövlət Universitetində oldular.
Rektor professor Elxan Hüseynov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan və Fransa arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Qeyd etdi ki, bu münasibətlərin ali səviyyəyə qalxmasının təməlində ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi dayanır. Bu gün həmin siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkələr arasında əməkdaşlıqda, əlaqələrin qurulmasında təhsilin mühüm rol oynadığını vurğulayan rektor SDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında məlumat verdi, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən, dövlət proqramlarından danışdı. Bildirdi ki, SDU dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumları ilə əməkdaşlıq edir. Həmçinin, Fransa ilə əməkdaşlıq uğurla həyata keçirilir. Beləki, Knam İnstitutu (Fransa) koordinator olduğu ERASMUS + LPEB 561732-EPP-1-2015- «Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı» layihənin nəticəsi olaraq Knam İnstitutu və SDU arasında ikili diplom haqqında müqavilə imzalanmışdır. Layihə çərçivəsində Paris və Leon şəhərlərinə səfərlər həyata keçirilmişdir: Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev – (Paris və Leon şəhərləri), Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov Grenoble Akademiyası (Leon), həmçinin layihə çərçivəsində SDU-nun bir qrup müəllim heyəti və tələbələri təlimlərdə iştirak etmişlər. Digər müəllimlər də Fransada keçirilən beynəlxalq konfransda fəal iştirak və çıxış etmişlər. Rektor onu da bildirdi ki,TWINNING layihəsi çərçivəsində fransalı ekspertlər SDU-da təlim və görüşdə iştirak etmişdir.Qarşılıqlı əməkdaşlığın davamı olaraq layihə çərçivəsində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent NatiqTalıbovun Fransaya mart ayında səfəri gözlənilir.
Rektor onu da vurğuladı ki, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin universitetə gəlişi, keçirilən görüşlər də beynəlxalq əməkdaşlığın mühüm göstəriciləri sırasındadır. Bu görüşün də iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu diqqətə çatdırdı.
Sumqayıt Dövlət Universitetinə ilk dəfə gəldiyini söyləyən cənab səfir görüşdən və dəvətdən məmnunluğunu bildirərək Fransa Respublikasının tarixi haqqında geniş məlumat verdi. İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə etdi.
Fransa Səfirliyinin Əməkdaşlıq müşaviri və Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel çıxış edərək bildirdi ki, Fransa ilə Azərbaycanı qədim və dostluq əlaqələri bağlayır. Bu əlaqələr təhsil, ali təhsil, siyasi və iqtisadi sahələrdə möhkəmlənir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti ilə əlaqələrimizin daha da möhkəmlənməsinə maraqlı olduğunu bildirdi. Belə görüşlərin keçirilməsinin ikitərəfli münasibətlərin bundan sonra daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğuladı.
Görüşdə gələcək perspektivlər, tələbə-müəllim mübadiləsi müzakirə olundu.
Qarşılıqlı xatirə hədiyyələri təqdim olundu, şəkil çəkdirildi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024