Mobil versiya
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb
Tarix: 9-12-2019, 16:34 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.



Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.



Şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağından 7 ədəd bükümdə, ümumi çəkisi 120 qram olan narkotik vasitə - heroin və çəkisi 28 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.


Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

aia.az



5114 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}