Mobil versiya
Gəncədə ailə faciəsi: bir ailənin 4 üzvü dəm qazından boğuldu
Tarix: 09-12-2019 | Saat: 10:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gəncədə ailə faciəsi:


Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 40-da baş verib.

Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Qasımov Şirin Elçin oğlu, arvadı, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, övladları-2012-cü il təvəllüdlü Qasımova Nigar Şirin qızı və 2013-cü il təvəllüdlü Qasımov Elçin Şirin oğlu yaşadıqları evdə huşsuz vəziyyətdə aşkarlanıblar. Ailə üzvlərinin xəstəxanaya çatdırılmasına baxmayaraq J. Qasımova xəstəxanada dünyasını dəyişib, ata və iki azyaşlı isə xəstəxanada müalicəsini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024